Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! – Mehriban Əliyeva

16:34 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da ötən gün cəhbədə baş verənlərə münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, M.Əliyeva bu barədə "İnstagram"da paylaşım edib.

O qeyd edib ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! "Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!” deyə paylaşımda qeyd edib.

 

Вся лента