“Etihad Airways” martdan etibarən Bakıya uçuşlar həyata keçirəcək

16:14 - 22.01.2018


22 yanvar, Fineko/abc.az.  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” milli aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək.

AzTa-nın rəhbəri Nahid Bağırov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, şirkət, mart ayından etibarən Bakıya reyslər təşkil edəcək.

“Etihad Airways” - dünya aviaşirkətləri arasında lider üçlüyə daxil olan bir şirkətdir və onun Azərbaycanda fəaliyyəti,  ərəb ölkələrindən, “ortadan yuxarı” seqmentində  turist axının artmasına gətirib çıxaracaq. Həmçinin, “Etihad Airways”, ərəb ölkələrində baş verən məlum məsələlərlə bağlı, digər aviaşirkət olan  “Qatar Airways” şirkətinin xidmətlərindən yararlana bilməyən ölkələrdən ərəb turistlərinin axınını təmin edəcək”, - N.Bağırov belə deyib.

 

 

Вся лента