Martda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin konfransı keçiriləcək

16:22 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qiymətləndiricilərin növbəti konfransının keçirilməsinə hazırlaşır.

Cəmiyyətin idarə heyətinin sədr əvəzi Nüsrət İbrahimov bildirib ki, konfransın keçirilməsi haqqında qərar, AQC-in idarə heyətinin iclasında qəbul edilib.

“İclasda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin konfransının martın 3-də keçirilməsi haqqında qərar qəbul edilib”, - N.İbrahimov belə deyib.

 

Вся лента