Azərbaycan böhranın öhdəsindən daha yaxşı gələ bilər – Navid Naqvi

10:52 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Bəzi amillər 2020-ci ildə Azərbaycanda ÜDM-in təxminən 3% azalması ehtimalının olduğunu göstərir.

Bunu ABC.AZ-a müsahibəsində Dünya Bankının (DB) Azərbaycan üzrə sabiq nümayəndəsi Navid Naqvi deyib.

O qeyd edib ki, çox şey hələ bəlli deyil.

"Biz hamımız ümid edirik ki, indi sınaqdan keçirilən peyvəndlərdən biri effektiv olacaq və biz, adi qrip mövsümündə qışda infeksiyanın ikinci mümkün dalğasının qarşısının alınmasında daha çox uğur qazanacağıq. Lakin, əgər biz qışda sərt məhdudiyyətlərin ikinci mərhələsinin zəruri olması qənaətinə gəlsək, o zaman biz, 2020-ci ildə tənəzzüllə yanaşı, həm də 2021-ci ildə davam edən iqtisadi problemləri də həll etməli olacağıq.

Hər halda, Azərbaycan, dünyanın əksər ölkələri ilə müqayisədə, indiki böhranın qarşımızda qoyduğu iqtisadi çağırışların öhdəsindən daha yaxşı gələ bilər. Mən bunu birinci növbədə ona görə deyirəm ki, biz əsas nazirliklərdə, Prezident Administrasiyasında və vitse-prezident aparatında səriştəli iqtisadi komandanı görürük" deyə N. Naqvi deyib.

Müəllif: Elmir Murad

 

Вся лента