Yanvarın 19-dan etibarən Çindən Avropaya yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə çatdırılır

17:32 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu xətti ilə Çindən Avropaya yük daşınması başlamışdır.

Mühəndis avadanlığı ilə yüklənən qatar, yanvarın 19-da Urumçi şəhərindən yola düşüb.

“Şərq-Qərb” nəqliyyat dəhlizi ilə yükləri Avropaya daşıyacaq qatar, Qazaxıstanın limanında dayanacaq, sonra  dəniz yolu ilə Bakıya çatdırılacaq, daha sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya yola düşəcək.

 “Şərq-Qərb” marşrutunun ümumi uzunluğu 4186 km təşkil edir, Çindən Avropaya yüklərin 8 günə çatdırılması  planlaşdırılır. Cari ildə Urumçidən Avropaya 1400 yük konteynerin daşınması planlaşdırılır. “Şərq-Qərb” layihəsi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçərək Çindən Avropaya yüklərin tədarükünü təmin edir.

 

 

Вся лента