Azərbaycanın supermarketlər şəbəkəsi IT-infrastrukturunu “Microsoft Azure” platformasına köçürüb

10:40 - 23.01.2018


SIP və “RAHAT Market” şirkətləri “RAHAT Market”in IT-infrastrukturunun “Microsoft” korporasiyasının “Azure” bulud platformasına köçürülməsi üzrə layihəni uğurla ba.a vurublar. Bu layihə çərçivəsində lokal data mərkəzi (fayllar və məlumat bazası) və Bakı şəhərində 60 kiçik mağazaya xidmət göstərən “RAHAT Market” serverlərində əlavələr “Microsoft Azure” bulud platformasına tamamilə keçirilib.

 

Bütün mağazaların “Azure” ilə məlumat mübadiləsi üçün İnternet vasitəsilə birbaşa şifrlənmiş rabitə kanalları mövcuddur. İnternetlə birləşmə olmadığı halda kassa aparatları ayrıca işləyir və qoşulma zamanı satışları, yeni qiymətləri və digər dəyişiklikləri yükləyir. Mağazaların idarəsi üzrə əsas proqram (ERP) ilə işləmək üçün mağazanın əməkdaşları kompüterdən və ya istənilən mobil qurğudan “Microsoft Azure” platformasının terminal serverinə qoşulurlar. Baş ofis həmçinin “Microsoft Azure” platformasına qoşulub və məlumatları data mərkəzində idarə edə bilir.

Hazırlıq işləri təxminən bir ay çəkib və bundan sonra bütün mağazalar bir gün ərzində “Microsoft Azure” platformasına qoşulub.

 

 

Вся лента