Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının idxalına iki dəfə yüksəldilmiş aksiz vergisi qüvvəyə mindi

10:46 - 23.01.2018


23 yanvar, Fineko/abc.az. Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının idxalına iki dəfə yüksəldilmiş yeni aksiz vergisi qüvvəyə mindi.

Azərbaycanın Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 23-dən etibarən səməni pivəsinin idxalına aksiz  vergisi 1 litr üçün 1 manatdan 1,7 manata qədər,  üzüm alkoqollu içkiləri, o cümlədən üzüm suslosunun 1 litri üçün  2 manatdan 3,5 manata qədər, şampan şərablarının  2,5 manatdan 5 manata qədər, viskinin 1 litri üçün 6 manatdan 10 manata qədər, vodkanın 1 litri üçün 6 manatdan 10 manata qədər, likörlərin 1 litri üçün həmçinin 6 manatdan 10 manata qədər qaldırılıb.

Siqarların idxalına aksiz vergisi 1 min ədəd üçün 10 manatdan 20 manata qədər, siqaretlərin idxalına aksiz vergisi 1 min ədəd üçün 4 manatdan 12 manata qədər qaldırılıb.

 

Вся лента