Azərbaycan neftinin qiyməti yenidən bir barelə 70 dolları ötür

11:23 - 23.01.2018


23 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,97 dollar və yaxud 1,39% qalxıb.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 70,94 dollar/barelə bərabər olub.

“Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.

 

 

Вся лента