Qurbanlıq heyvan kəsimi üçün məntəqələr yaradılacaq

15:32 - 17.07.2020


17 iyul, Fineko/abc.az. İnsanların qurbanlıq heyvan kəsimi və satışını kütləvi şəkildə toplaşaraq həyata keçirdiyi əvvəlki illərdən fərqli olaraq bu il pandemiya şəraiti nəzərə alınmaqla kütləviliyin və insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə vətəndaşlar Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvan ətinin (heyvan cəmdəyinin) sifariş olunması üçün yaxınlıqda yerləşən satış məntəqələrinə - iri market və satış şəbəkələrinə əvvəlcədən müraciət edə, baytarlıq nəzarətindən keçmiş sağlam qurbanlıq heyvan ətlərini əldə edə biləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hazırda AQTA mütəxəssisləri tərəfindən Respublika üzrə Qurban bayramı günlərində qurbanlıq heyvan ətlərinin mövcud tələblər çərçivəsində vətəndaşlara çatdırılması imkanlarına malik olan satış şəbəkələri ilə işlər aparılır.

"Onların siyahısı tərtib olunur. Yaxın günlərdə həmin satış məntəqələrinin adları və ünvanları ictimaiyyətin diqqətinə çatdırılacaq” deyə məlumatda qeyd olunub.

 

Вся лента