Bakı şəhərinin düz mərkəzində FHN-in anti-radiasiya bomba sığınacağı qeyri-qanuni olaraq sökülür

12:26 - 23.01.2018


Bakının mərkəzində, Nizami küçəsində (Torqovaya), “ADIDAS” mağazasının altında yerləşən obyektdə, bir sahibkar, obyektin Fövqəladə Hallar Nazirliyinin anti-radiasiya bomba sığınacağının olmasına baxmayaraq,  qeyri-qanuni olaraq restoran tikmək istəyir.

 

Fineko/abc.az İnformasiya Agentliyinə Nizami küçəsi, 66 ünvanında yaşayan sakinlər bildirdilər ki, binanın zirzəmisində aparılan işlər haqqında onlar bilirdilər, lakin sahibkar bildirib ki, bu yalnız abadlıq işləridir, və burada heç bir obyekt olmayacaq.

 

 

“İşlər sakit rejimdə keçirilərkən, sakinlər heç bir iddia qaldırmadılar. Lakin indi, zirzəmidə təmir işləri çərçivəsində daşıyıcı divarların dağıldıldığından sonra, biz, çox narahat oluruq, çünki bina ciddi risklə qarşılaşır. Biz sahibkara dəfələrlə müraciət edərək sökülməni dayandırmağı xahiş etmişik, lakin bunun faydası olmamışdır. Bununla bağlı binanın sakinləri FHN-nə müraciət etdilər. Bundan sonra məlum olundu ki, zirzəmi, rəsmi anti-radiasiya bomba sığınacağıdır və onun özəlləşdirilməsi qeyri-qanunidir. Bu halda sahibkar, obyektin özəlləşdirilməsi haqqında 2011-ci il tarixli sənədi təqdim edərək, məhkəməyə iddia ərzizəsi verərək, sakinlər tərəfindən ona yetirilmiş 360 min manat həcmində zərərin əvəzini ödəmək tələbini irəli sürmüşdür. Kompensasiyanın həcmi  bununla əsaslandırılmışdır ki, obyekt son 72 ay ərzində aylıq 5 min manata icarəyə verilsəydi, o zaman sahibkar həmin məbləği qazana bilərdi”, - bunu binanın sakinləri bildirib.

 

Məhkəmə, bina sakinlərindən kompensasiyanın ödənilməsi iddiasını təmin etmədi, eyni zamanda mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün tədbirlər görməyi qadağan etdi.

 

 

Sakinlərin sözlərinə görə, obyekt, sahibkar Məhərrəmin həyat yoldaşı Nazilə Məmmədovanın adına özəlləşdirilib. Sahibkar,145 kvadrat metr  sahənin özəlləşdirilməsi haqqında sənəd təqdim etmişdir, lakin zirzəminin ümumi sahəsi 400 kvadratmetrdən çoxdur. Son bir neçə həftə ərzində zirzəmidən təxminən 40 yük maşını tikinti tullantıları, o cümlədən 50 sm qalınlığında xüsusi radiasiya qapıları çıxarılıb, havalandırma sistemi məhv edilib, məkanın hündürlüyünün  artırılması üçün yarım metr qalınlığında xüsusi beton döşəmə sökülüb.

 

Fövqəladə Hallar Nazirliyinin, sökülməni dayandırmaq tövsiyəsinə  baxmayaraq, sahibkar onu davam etdirir. Bina sakinləri yalnız sahibkarın qeyri-qanuni hərəkətləri ilə deyil, həmçinin də binanın taleyindən ciddi narahatçılıq keçirirlər, çünki FHN mütəxəssisləri daşıyıcı divarların sökülməsinin ehtimal olan nəticələrini qeyd etmiş və bunun nəzərə alınmasını tövsiyə etmişlər.

 

 

Bu problemin yeganə həllini bina  sakinləri, Azərbaycan prezidenti İlham Əliyevə kollektiv şəkildə müraciət etməkdə görürlər. Müraciət  artıq hazırlanır.

 

 


Вся лента