Energetika Nazirliyinin icazələri “ASAN Xidmət “mərkəzlərində veriləcək

23.01.2018,15:53


23 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikasının Energetika Nazirliyi icazələrin verilməsi prosesini asanlaşdırır.

Nazirlikdən verilən məlumata əsasən, qurumun icazələri  “ASAN Xidmət” mərkəzlərində veriləcək.

“ASAN Xidmət” mərkəzləri vasitəsilə  sahibkarlara, «ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə veriləcək”, - məlumatda belə deyilir.

 

 

Ключевые слова: Energetika Nazirliyi ASAN