AzerGold tərkibində qızıl olan kömür satışına başladı

15:28 - 20.07.2020


20 iyul, Fineko/abc.az. “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində qiymətli metalların əldə edilməsi üçün aparılan adsorbsiya, desorbsiya və emal prosesi zamanı ayrılmış və təkrar istifadəsi mümkün olmayan, lakin tərkibində qızıl/gümüş metalları qalan 28 ton aktiv karbonun satışına başlayıb.

ABC.AZ xəbər verir ki, aktiv karbon alıcıya beynəlxalq standartlara uyğun, qablaşdırılmış şəkildə təklif olunur.

Alıcıya təklif olunan aktiv karbonla bağlı ətraflı məlumat verən şirkətin məlumatında qeyd olunub ki, aktiv karbonun kütləsi – 28 ton, ilkin nəmlik dərəcəsi – 27.18 %, nəmlik dərəcəsi çıxıldıqdan sonra qalıq karbon çəkisi – 20.39 ton, tərkibində olan Au (1 ton üçün) – 332.34 qr/ton, tərkibində olan Ag (1 ton üçün) – 258.6 qr/tondur.

Müəllif: Elmir Murad

 

Вся лента