Mərkəzi Bank banklara 59,3 milyon dollar satıb

13:05 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyulun 21-də valyuta hərracında banklara $ 59,3 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $59,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Вся лента