Altı ayda Azərbaycana ən çox gətirilən nəqliyyat vasitələri – Siyahı

17:26 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında Azərbaycana gətirilən avtomobillərin sayı məlum olub.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində ölkəyə 289 milyon 912 min ABŞ dolları dəyərində 23 min 413 avtomobil idxal olunub.

Ölkəyə gətirilən avtomobillərin 76-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 21 min 917-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1345-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 75-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

 

Вся лента