Bakıda işləyən avtobusların 50%-i yenilənməlidir

14:55 - 10.10.2017


Bakıda ictimai nəqliyyatın növbəti optimallaşdırılması keçiriləcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal  Kərimlinin dediyinə görə, bundan öncəki optimallaşdırma nəticəsində daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib.

“Bu istiqamətdə işlər davam etdiriləcək”, - deyərək V.Kərimli bildirib.

V.Kərimlinin sözlərinə görə, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur.

V. Kərimli əlavə edib: “Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var”.

 

Вся лента