Azərbaycanın dövlət büdcəsinin kəsiri ÜDM-in 1,6%-nə bərabərdir

17:09 - 23.01.2018


23 yanvar, Fineko/abc.az. 2017-ci ilin yekununda Azərbaycanın dövlət büdcəsi kəsirlə icra edilib.

Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ildə dövlət büdcəsinə 16446,9 milyon manat vəsait daxil olmuş, büdcədən 17588,4 milyon manat vəsait xərclənmişdir.

“Dövlət büdcəsinin icrasında yaranmış 1141,5 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,6%-i səviyyəsində olmuşdur”, - məlumatda belə deyilir.

 

Вся лента