Xaricə qara metal ixracı artıb ya azalıb?

15:37 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Bu ilin ilk 6 ayında ölkədən 30,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyərinə gəldikdə isə bu 22,3 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 30,2 milyon dollarlıq 56,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.

Müəllif: Elmir Murad

 

Вся лента