330x110
 

VTB (Azərbaycan) Facebook vasitəsilə kreditlərin verilməsinə başladı

22.07.2020,16:15


22  iyul, Fineko/abc.az.  Bank VTB (Azərbaycan) Facebook vasitəsilə kreditlərin verilməsi xidmətini təklif edir. İndi müştərilər krediti onlayn sifariş edib və bir neçə dəqiqə ərzində bankın razılığını ala bilər.

Xidmət bankın Facebook Messenger-dəki Direct  çat-botu üzərindən reallaşdırılır. Məhsulun rəsmiləşdirilməsi bir neçə toxunuşla həyata keçirilir. Sifariş vermək üçün müştəri messencerin menyusunda “Kredit almaq” xidmətini seçməli və açılan pəncərədə kreditin məbləği, gəliri, eləcə də şəxsiyyət vəsiqəsinin FİN- kodunu daxil etməlidir.

Əlavə sənəd tələb olunmur. Sorğuya cavab iki dəqiqə ərzində gəlir. Bundan sonra bankın nümayəndəsi müştəri ilə əlaqə saxlayır və krediti almaq üçün ona uyğun filial və vaxtı müəyyən edir.

 “Biz anlayırıq ki, kredit üçün müraciət etdikdə müştərilər operativ və rahat qərarlar gözləyir. Məhz, buna görə bank müştərilər arasında populyar olan Facebook kanalından istifadə  etməyə başladı və onlara yeni məsafəli kredit rəsmiləşdirilməsi üsulunu təklif etdi. Bu, kredit üçün müraciət etdikdə filiala gəlmədən vaxta qənaət etməyə imkan verir. Əminəm ki, sadəliyi və rahatlığı hesabına müştərilər arasında bu xidmətə tələbat yüksək olacaq”,- deyə VTB (Azərbaycan)-ın Rəqəmsal bank layihə ofisinin rəhbəri Kamilla Şahbazova bildirib.

VTB (Azərbaycan) illik 18% ilə 300 manatdan 10 000 manatadək kredit təklif edir. 

Kredit 6 aydan 36 ayadək verilir.

 

Ключевые слова: VTB