Neft qiymətləri artır, Brent bir barel üçün $44,44 səviyyədədir

10:09 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə axşamı günü orta hesabla yüksəlir.

Saat 9:25-də London ICE Futures birjasında, Brent-in sentyabr üçün neft fyuçersinin qiyməti 0,15 (0,34%) – barrel başına $44,44-ə yüksəldi. 22 iyul ayının nəticələrinə görə, sentyabr ayına olan Brent fyuçers qiyməti bir barel üçün 0,03 (0,07%) – 44,29 dollara düşdü.

Saat 9:25- də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI sentyabr ayına olan fyuçersi $0,19 (0,45%) – bir barel üçün $42,09 qədər artıb. 22 iyul ticarət nəticələrinə görə, sentyabr ayı üçün WTI müqavilələri bir barrel üçün 0,02 (0,05%) – $41,90-a düşdü.

 

Вся лента