Azərbaycan Mərkəzi Bankı banklara $60 mln. satıb

14:38 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyulun 23-də valyuta hərracında banklara $60 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $60 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Вся лента