Azərbaycanın idxalı nə qədər azalıb? – Yarım ilin nəticəsi

16:23 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 19,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 milyon manat və ya 5,1 faiz çoxdur.

ABC.AZ xəbər verir ki, bunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu müddətdə xarici ticarət dövriyyəmiz də azalıb: "Ötənilki monetar qızıl idxalını nəzərə almasaq, yarım ildə idxalımız 5,2 faiz azalıb, qeyri-neft üzrə ixracımız isə 911 milyon dollar olmaqla 67,5 milyon dollar az olub. Azalan xarici ticarət dövriyyəsi fonunda gömrük orqanlarının xəttilə büdcə daxilolmalarının artması bilavasitə bu sahədəki şəffaflaşma və leqallaşma ilə bağlıdır”.

 

Вся лента