330x110
 

Asiya İnkişaf Bankı:””AccessBank” güclü kredit təşkilatıdır”

24.07.2020,11:33


24  iyul, Fineko/abc.az.  “Əməliyyatların şəffaflığı, güclü kapital bazası və hörmətli səhmdarlar qrupu sayəsində “AccessBank” artıq uzun müddətdir ki, güclü kredit təşkilatıdır. Bank xüsusilə dövlət prioritetləri baxımından yaxşı maliyyə vəziyyətinə malikdir. Bankın fəaliyyətinin əsas istiqaməti bölgələr üzrə mikrokreditlərdir ki, bu da ona gəlir bazasını qoruyan, kifayət qədər şaxələndirilmiş kredit portfelini yaratmağa imkan verir. Ölkənin dayanıqlı iqtisadi artımını bərpa etmək üçün biznes kreditləşməsi bank üçün vacibdir.” 

Bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə meneceri Nəriman Manapbekov “APA-Economics”ə müsahibəsində bildirib. O həmçinin vurğulayıb ki, AİB “AccessBank”ın yenidən kapitallaşdırma planının icrasından bəri əldə etdiyi inkişafdan  və 2020-ci ilin I rübünü xalis mənfəətlə başa vurmasından məmnundur. 

Cənab Manapbekov həmçinin bildirib ki, yenidən kapitallaşdırma planı bankın 2020-ci ildə kapital pozuntusuna səbəb ola biləcək mənfi şoklarla qarşılaşdığı təqdirdə, şərti kapitalı rezervləşdirməyi nəzərdə tutur. AİB “AccessBank”ın şərti kapitalını təmin edir və beləliklə, zərurət olduqda səhmlər blokunu artırmağa hazırdır.

 

Müsahibənin tam mətni ilə tanış olmaq üçün linkə daxil olun: https://bit.ly/2BqudVI

 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

Ключевые слова: Accessbank