Azərbaycana 46 milyon dollara yaxın dəyərdə ət idxal edilib – 6 ayda

15:09 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan ətin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 25,6 min ton ət idxal olunub. Azərbaycana gətirilən ətin dəyəri isə 45,9 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrünə nisbətən 35,4 milyon dollarlıq 24 min tondan çox ət idxal olunub.

 

Вся лента