Xaricdən Azərbaycana gətirilən meyvə-tərəvız artıb – Hesabat

15:36 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında (yanvar-iyun) Azərbaycana idxal edilən meyvə-tərəvəz artıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, sözügedən dövrdə ölkəyə 195,6 min ton meyvə-tərəvəz gətirilib.

İdxal edilən meyvə-tərəvəzin dəyəri 111,8 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında ölkəyə 101,4 milyon dollarlıq 180 min tonadək meyvə-tərəvəz idxal olunub.

Müəllif: Elmir Murad

 

Вся лента