Azərbaycan neftinin qiyməti yenidən bir barelə 71 dolları ötdü

24.01.2018,12:03


24 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,48 dollar və yaxud 0,68% artıb.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 71,42 dollar/barelə bərabər olub.

“Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.

 

Ключевые слова: Azeri LT barel neft