Bakıda qaydaları pozan ərzaq mağazaları – Siyahı

16:56 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 50 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 229 müəssisədə reyd keçirib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, obyektlərdən 76-da bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları “Endi”, “Anar”, “Seyid”, “Davud”, “Delfin” marketlər, Musayev İlham Qəzənfər oğluna, Abbasova İlhamə Cavanşir qızına, Nəsirov Vidadi Fəsi oğluna, Əhmədov İlqar Qiyas oğluna, Həsənov Eldar Abbas oğluna məxsus obyektlərdir.

 

Вся лента