Neftə olan tələb təklifi üstələyəcək, defisit yaranacaq – Proqnoz

17:30 - 24.07.2020


24 iyul, Fineko/abc.az. "OPEC+" razılaşması imkan verir ki, gündəlik neft istehsalı 2 il ərzində bazardakı vəziyyətə görə tənzimlənsin.

ABC.AZ xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, proqnozlara əsasən, artıq III rübdən neftə tələbin təklifi üstələyəcəyi və 3,9 mln. barel defisitin yaranacağı gözlənilir.

"İlin ikinci yarısından neftə tələbatda gözlənilən artımla əlaqədar bazarın balanslaşdırması məqsədilə avqustun 1-dən ixtisarların 7,7 mln. barelədək yumşaldılması fazasına daxil oluruq. Təklifin birinci rübdəki 100 mln. bareldən üçüncü rübdə 88,3 mln barelədək azalması ilə bağlı nikbin proqnozlar belə deməyə əsas verir ki, "OPEC+"ın təklifin tənzimlənməsi siyasəti özünü doğruldur. Bununla belə pandemiya davam edir və dünya iqtisadiyyatı bərpa olunanadək neft bazarını əsasən format çərçivəsindəki fəaliyyətimiz balanslaşdıracaq", - deyə, nazir vurğulayıb.

 

Вся лента