Pensiyaçılar bu qədər vəsait alır – 27 faiz artıb

11:01 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Azərbaycanda 2020-ci ilin 1 iyul tarixinə mövcud olan pensiyaçıların sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə pensiyaçıların sayı 1 mln. 260 min nəfər təşkil edir.

Onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır.

Bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya 27% artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 25,24% artaraq 330 manata yaxın olub.

Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat (24,09%) çox olmaqla, 2 mlrd. 250 mln. manat təşkil edib. Ötən dövrdə e-sistem vasitəsilə 25,1 min nəfərə e-qaydada pensiya təyin olunub.

Müəllif: Elmir Murad

 

Вся лента