Sığorta haqlarının ən sürətli azaldığı və artdığı şirkətlər – Siyahı

11:28 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Azərbaycanda sığorta bazarının son vəziyəti açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar-iyun aylarında Azərbaycanda 400 959 min manat sığorta haqqı toplanılıb, 184 843 min manat sığorta ödənişi edilib.

Bu dövrdə ölkədəki 21 sığorta şirkətindən 15-nin yığımları artıb, 6 şirkətdə azalıb. Faiz nisbətində sığorta haqlarının ən sürətli artımı "Xalq Həyat" (6,8 dəfə), "Amrah sığorta" (4 dəfə) və "Naxçıvan sığorta"da (2,7 dəfə) müşahidə edilib.

Ən böyük azalma isə "AXA Mbask" şirkətində (200 dəfə), "Atəşgah" (30,1%) və "Atasığorta"(22%) şirkətlərində qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Вся лента