Azərbaycanın Maliyyə Nazirliyi dövlət qısamüddətli istiqrazların növbəti yerləşdirilməsini həyata keçirdi

12:31 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. Azərbaycanın Maliyyə Nazirliyi ötən gün dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirmişdir.

“Bakı Fond Birjası” QSC-i məlumat verir ki,  yanvarın 23-də Maliyyə Nazirliyi, manatla nominasiya edilmiş AZ0104001687 ISIN nömrəli DQİ satıb. İstiqrazlar 364 gün tədavül müddəti ilə 35 milyon manat həcmində təklif edilmişdir.

Hərrac zamanı, 95 291,9  min manat məbləğində DQİ-nın alışı  üçün 18 investor tərəfindən 35 sifariş təqdim edilmişdir. İnvestorlar DQİ üçün 85,7 manatdan (illik gəlirlilik 16,778%) 88,943 AZN (12,5%) manata qədər təklif etmişlər.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87,7784 AZN (13,9999%), orta ölçülmüş qiyməti 87,9520 AZN (13,7738%) müəyyən edilmişdir. Hərrac nəticəsində  istiqrazların yerləşdirilmiş həcmi  35 000 000 AZN  təşkil etmişdir.

 

Вся лента