Dəmir yolu ilə ixrac olunan yükün həcmi açıqlanıb

17:03 - 27.07.2020


27 iyul, Fineko/abc.az. İyunda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 548 min 749 ton yük daşınıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, daşınan yüklərin dəyəri 199,5 milyon ABŞ dolları olub.

Ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 221 min 465 ton yükün dəyəri 47,9 milyon dollar təşkil edib.

Yarım ildə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 327 min 284 ton, dəyəri isə 151,5 milyon dollar olub.

 

Вся лента