Bir ayda Azərbaycan nə qədər ixrac və idxal həyata keçirib? – Hesabat

17:08 - 27.07.2020


27 iyul, Fineko/abc.az. İyunda Azərbaycanda həyata keçirilmiş ticarət əməliyyatlarının həcmi bəlli olub.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdəki ticarət əməliyyatlarının dəyəri 1 milyard 538,8 milyon ABŞ dolları olub.

Ticarət əməliyyatlarının 824,4 milyon dolları idxalın, 714,3 milyon dolları isə ixracın payına düşüb.

Müəllif: Elmir Murad

 

Вся лента