Azərbaycan Nazirlər Kabineti paytaxt yollarından birində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə təklifləri nəzərdən keçirir

24.01.2018,13:07


24 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) daha bir paytaxt yolunda hərəkətin  sadələşdirilməsi üçün təkliflər hazırladı.

BNA-nin məlumatında deyildiyi kimi,  agentliyin mütəxəssisləri  189 və 190 saylı məktəblərin ətrafında vəziyyəti təhlil edərək pilot layihə hazırlayıblar.

“Həmin ərazidə, qanunsuz parklanmalar, xəbərdarlıq nişanlarının zəruri sayda olmaması, məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar, fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması,  sürücüləri çaşdıran və çoxsaylı qayda pozuntusuna şərait yaradan qeyri-rasional yol istiqamətləri, uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi  üçün xüsusi ərazilərin olmaması, ətraf küçələrdə sürət həddinin nisbətən yüksək olması kimi problemlər aşkarlanıb”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, baxılması üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim edilmiş layihədə öz əksini tapan tədbirlərin həyata keçirilməsi qeyd edilən ərazidə yol hərəkəti şəraitinin yaxşılaşdırılmasına, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərəcəkdir.

 

Ключевые слова: BNA Nəqliyyat Agentliyi