İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşdü

13:08 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

Görüş əsnasında tərəflər  “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi apardı, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd etdilər.

Həmçinin TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edildi.

 

 

Вся лента