330x100
 

Bank Respublika birinci yarımillikdə uğurlu maliyyə nəticələri nümayiş etdirib

28.07.2020,10:59


28  iyul, Fineko/abc.az. Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin birinci yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, COVİD-19 pandemiyasından yaranan çətinlilkərə baxmayarq, Bank cari ilin birinci yarımilliyində dinamik inkişaf etməyə davam edib və ötən ilin analoji dövrü ilə müqayisədə artım nümayiş etdirib.

 

İkinci rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 4,5 mln. manat təşkil edib. Ötən ilin birinci yarımilliyi ilə müqayisədə bankın xalis faiz gəlirləri 21% artaraq 38,3 mln. manat təşkil etmişdir. Hesabata əsasən, Bankın məcmu kapitalı 19% artaraq 83,9 mln. manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 68% üstələmişdir. Bankın depozit portfeli 678,5 mln.manat təşkil etmişdir, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərindən biridir. Şübhəsiz ki, bu, növbəti dəfə böyük sayda müştərinin Bank Respublikaya tam olaraq etibar etdiyini təsdiq edir.

 

COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank real sektorun kreditləşməsini davam etdirərək ilin birinci yarısında 125 mln. manat məbləğində kredit vermişdir. Hesabat dövrünün sonuna Bankın ani likvidlik əmsalı 71,9% təşkil edib, bu isə normadan təxminən 2,4 dəfə artıqdır.

Yüksək likvidlik və dollarla kreditə tələbin olmamasını nəzərə alaraq, Bank faiz xərclərini optimallaşdırmaq üçün valyuta öhdəliklərini azaltmışdır. İlin birinci yarısının sonunda likvid aktivlər bankın cəmi aktivlərinin 34% -ni təşkil etmişdir. Bu hal Bankın yüksək maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə malik olmasına dəlalət edir.

Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,0%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,7% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,4 dəfə çoxdur.  

 

Birinci yarımillikdəki müsbət maliyyə nəticələri onu göstərir ki, bütün dünyanın COVİD-19 pandemiyası və neft qiymətlərinin sürətlə düşməsindən irəli gələn təhdidlərlə üz-üzə gəldiyi çətin dövrdə, Bank Respublika, çağırışların öhdəsindən gələrək, müştərilərinə və tərəfdaşlarına vaxtında və keyfiyyətli dəstək göstərir. Bizim üçün prioritet məsələ əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın sağlamlığıdır, biz bunun təmin edilməsi üçün bütün tədbirləri görürük. Bank tərəfindən həyata keçirilən texnoloji transformasiya strateqiyası, nəinki bank məhsullarının satışını yeni mərhələyə keçməsinə, həmçinin pandemiya şəraitində əməkdaşların müştərilərlə qarşılıqlı əlaqədə olaraq məsafədən işləməsini  təmin etmişdir. Biz Bank üçün komfort səviyyədə olan kifayət qədər kapital ehtiyatına və likvidliyə malik olaraq, həm korporativ, həm də fərdi müştərilər üçün yüksək keyfiyyətli xidmət göstərərək işləməyə davam edirik”. deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ключевые слова: Bank Respublika