330x110
 

Anar Həsənov Amerika Ticarət Palatasının Komitə Sədri seçilib

28.07.2020,14:53


28  iyul, Fineko/abc.az. AccessBank”ın İdarə Heyətinin Sədri Anar Həsənov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin Sədri seçilib.

Komitə “AmCham” üzvlərinin bank, maliyyə və sığorta sahəsində maraqlarını dəstəkləyir və təbliğ edir. Komitə maliyyə sektoruna təsir edən məsələlərin müzakirəsi üçün platforma rolunu oynamaqla yanaşı, həm də hökumət və dövlət qurumları ilə birlikdə sektorun maraqlarını müdafiə edir. “AmCham” iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox şirkəti birləşdirən ən böyük biznes birliyidir.

AccessBank”ın İdarə Heyətinin Sədri Anar Həsənov mikro, kiçik və orta sahibkarlığın, korporativ və pərakəndə biznesin inkişafı üzrə 17 illik iş təcrübəsinə malikdir. O, “AccessBank”da fəaliyyətini 2002-ci ilin sentyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. Anar Həsənov 2018-ci ilin iyun ayından İdarə Heyətinin Sədri vəzifəsində çalışır.

Ключевые слова: Accessbank