Qızıl və gümüş bahalaşıb – Birja

09:51 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Dünya birjalarında ticarət olunan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,20 ABŞ dolları bahalaşaraq 1 969,10 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,02 dollar artaraq 24,32 dollara satılıb.

 

Вся лента