Azərbaycanın ən çox məhsul ixrac etdiyi islam ölkələri – Siyahı

10:56 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Malayziya qərarlaşıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Türkiyəyə ixracın dəyəri 1 milyard 476,9 milyon dollar, Tunisə 142,6 milyon dollar, Malayziyaya isə 60,4 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkəyə ixracın dəyərində artım müşahidə edilib.

Müəllif: Elmir Murad

 

Вся лента