Azərbaycanda fəaliyyət göstərən “AFB Bank” 2017-ci ilin sonunda 12 milyon manat həcmində ziyanla üzləşib

15:18 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. Azərbaycanın kommersiya bankı “AFB Bank” 2017-ci il üzrə maliyyə  fəaliyyətinin nəticələrini açıqlayıb.

Bankın hesabatına əsasən, bankın cəmi gəlirləri 36,196 milyon manat, o cümlədən faiz gəlirləri 24,674 milyon manat, qeyri-faiz gəlirləri 11,522 milyon manat təşkil edib.

“Bank, xüsusi ehtiyatın yaradılmasına 30,006 milyon manat ayırdığı 2017-ci ili 12,185 milyon manat zərər ilə başa vurub, halbuki, 2016-cı ildə Bank 537 min manat xalis mənfəət əldə etmişdir”, - hesabatda belə deyilir.

2017-ci ilin sonunda Bankın cəmi kapitalı 18%  azalaraq 66,546 milyon manata enib, nizamnamə kapitalı  70,393 milyon manat olaraq qalıb.

 

 

Вся лента