330x110
 

Bakıda 78 yerdə avtobus dayanacaqları qurulub – Ünvanlar

30.07.2020,15:55


30 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil olunub.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, 51 ünvanda dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan da 36-sı yeni müasir tipli pavilyondur.

İşlərin böyük bir qismi şəhər mərkəzindən kənarda görülüb. Bununla yanaşı Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarının ərazisində 14 ünvanda yeni dayanacaq məntəqəsinin inşası üçün zəruri işlər görülüb.

Müəllif: Elmir Murad