Azərkosmos yarim ildə 21,5 milyon dollar gəlir qazanıb

16:03 - 30.07.2020


30 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 21,5 milyon dollar dəyərində xidmət  ixrac edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur.

 “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

2020-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,4 milyon dollar dəyərində xidmət ixrac edib. Yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və BƏƏ-dir.

 

Вся лента