Qeyri-neft sektoru üzrə ən çox ixrac həyata keçirən dövlət şirkətləri – Reytinq

16:11 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac İcmalı”nın iyul sayı təqdim olunub.

ABC.AZ-ın məlumatına görə, sözügedən buraxılışda qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinqi də verilib.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda "Azergold" QSC, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” MMC aşağıdakı şirkətlər təmsil olunur.

Müəllif: Elmir Murad

 

Вся лента