330x110
 

Əcnəbilər bank kartları ilə Azərbaycanda bu qədər əməliyyat aparıb – Hesabat

30.07.2020,16:24


30 iyul, Fineko/abc.az. “İxrac İcmalı”nın iyun sayında koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşmədiyi qeyd olunub.

ABC.AZ sözügedən buraxılışa istinadən xəbər verir ki, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunub.

Bunun nəticəsində 2020-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23,7 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-iyun ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 279,7 milyon manatlıq əməliyyat aparıblar.

Müəllif: Elmir Murad