Azərbaycanda benzin istehsalında artım qeyd olunub

24.01.2018,16:43


24 yanvar, Fineko/abc.az. 2017-ci ildə Azərbaycanda  2727,3 milyon manat həcmində neft məhsulları istehsal edilib ki,  bu  da 2016-cı ilin göstəricisindən  7,8% azdır.

Dövlət Statistika Komitəsindən xəbər verildiyi kimi, keçən il avtomobil benzininin istehsalı 5,4%, sürtkü yağlarının istehsalı 3,6 dəfə, neft bitumunun istehsalı 32,4% və neft koksunun istehsalı 10,6% artmışdır.

“Bununla yanaşı, ağ neftin istehsalı 6,3%, yanacaq mazutunun istehsalı 45,2%, dizel yanacağının istehsalı isə 18,1% azalmışdır”, - məlumatda belə deyilir.