Bu portalla edilən ixrac sifarişi artıb – Hesabat

17:38 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında “Azexport.az” portalına 319,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ “İxrac icmalı”nın iyul sayına xəbər verir ki, iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 45,6 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 10,4 faiz artıb.

2017-ci ilin yanvar ayından cari il iyunun 30-na kimi (42 ay ərzində) “Azexport.az” portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 904,3 milyon dollar təşkil edib.

 


Вся лента