İlham Əliyev Robert Dadli ilə görüşüb

17:15 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. Azərbaycan prezindenti İlham Əliyev  Davosda Dünya İqtisadi Forumu çərçivəsində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüş zamanı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Həmçinin, cari il  “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi. Bundan başqa, tərəflər, Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.

İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.

 

 

Вся лента