Yeddi ayda Fond bu qədər valyuta satıb

14:56 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyutanın həcmi açıqlanıb.

ABC.AZ Fonda istinadən xəbər verir ki, 7 ayda Fond tərəfindən 4 mlrd 525,7 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur. Təkcə iyul ayında isə ARDNF-in valyuta satışının məbləği 515,5 mln ABŞ dolları təşkil edib. Bu isə ötən ilin iyul ayına nisbətən 18,5% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin yeddi ayı ərzində Fond tərəfindən 3 mlrd 78,5 mln ABŞ dolları məbləğində satış həyata keçirilmişdi.

Müəllif: Elmir Murad

 

Вся лента