Smartfon bazarı Avropada getdikcə kiçilir

16:56 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Koronavirus pandemiyası digər sahələrə olduğu kimi Avropa smartfon bazarına da mənfi təsir göstərməkdədir.

ABC.AZ-ın məlumatına görə, cari ilin ikinci rübündə smartfon satışları ötən ilə nisbətən 24% azalıb.

Counterpoint Research şirkətindən bildirilib ki, sözügedən satışlar üzrə hazırda birinci rüblə müqayisədə 22%-lik azalma müşahidə olunur. Həmçinin qeyd edilib ki, Avropa bazarının üçdə bir hissəsinə (35%) Çinlilər nəzarət edirlər. Ümumi vəziyyətə baxmayaraq, Oppo və Xiaomi kimi Çin markalarının satışlarının həcmi müvafiq olaraq 41% və 55%  artıb.

 

Вся лента