2017-ci ildə Azərbaycanda 149 min vergi ödəyicisi qeydə alınıb

24.01.2018,17:43


24 yanvar, Fineko/abc.az. Azərbaycanın Vergilər Nazirliyinin struktur bölmələri 2017-ci ildə 744 149 vergi ödəyicisinə xidmət göstərmişdir.

Nazirliyin məlumatında deyildiyi kimi, 2018-ci ilin 1 yanvar tarixinə vergi ödəyicilərinə ümumilikdə 404646 sayda  ASAN İmza sertifikatı verilib.

“Keçən il ərzində 148,990 vergi ödəyicisi, o cümlədən,11860 hüquqi şəxs, 137130  fiziki şəxs, 31782 təsərrüfat subyekti, 17167 nəzarət-kassa aparatı və 6803 POS-terminal qeydiyyata alınıb”, - məlumatda belə deyilir.

 

Ключевые слова: vergi ödəyici