Qızıl yenə bahalaşdı – Birja

10:02 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7,80 ABŞ dolları bahalaşaraq 2 057,10 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,25 dollar artaraq 27,14 dollara satılıb.

 

Вся лента